» » İlham Əliyev Türkiyə və İrandan olan nazirlərlə görüşüb

İlham Əliyev Türkiyə və İrandan olan nazirlərlə görüşüb

Bölmə: Siyasət, BLOK XƏBƏR
İlham Əliyev Türkiyə və İrandan olan nazirlərlə görüşüb





Prezident İlham Əliyev dekabrın 4-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xalqinfo.az xəbər verir ki, dövlət başçısı Məhəmməd Cavad Azəri Cəhrominin XXIV “Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində iştirakından və İranın bu tədbirdə geniş sayda şirkətlərlə təmsil olunmasından məmnunluğunu bildirib.

Bundan başqa, dövlət başçısı dekabrın 4-də Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezident Mehmet Cahit Turhanın XXIV “Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində böyük heyətlə iştirakından məmnunluğunu bildirib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler