İlham Əliyev Laura Kuperi qəbul etdiBölmə: Siyasət
![]() Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Amerika Birləşmiş Ştatlarının müdafiə nazirinin müavininin müşaviri xanım Laura Kuperin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Xalqinfo.az xəbər verir ki, dövlət başçısı Azərbaycanla ABŞ arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev qarşılıqlı səfərlərin, o cümlədən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun və digər rəsmilərin Azərbaycana səfərlərinin münasibətlərimizin inkişafındakı rolunu qeyd etdi. Müdafiə sahəsində əməkdaşlığın məmnunluq doğurduğunu deyən dövlətimizin başçısı enerji təhlükəsizliyi məsələlərinin də ikitərəfli münasibətlərimizin inkişafında böyük önəm daşıdığını bildirdi, bu baxımdan ABŞ höküməti və şəxsən ABŞ Prezidentinin Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına verdiyi dəstəyi yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Respublika Günü və enerji sahəsində əməkdaşlıq mövzusunda ABŞ Prezidentinin ünvanladığı məktubların da əhəmiyyətini qeyd etdi. Dövlət başçısı NATO çərçivəsində də əlaqələrin inkişafından məmnunluğunu bildirərək, NATO mənzil qərargahına son uğurlu səfərini bu təşkilatla əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev qeyd etdi ki, Əfqanıstandakı sülhməramlı əməliyyatlarda ölkəmizin iştirakı və orada Qətiyyətli Dəstək Missiyasında hərbçilərimizin sayının artırılması Azərbaycanın bu ölkədə ümumi sülhyaratma səylərinə verdiyi töhfəsini nümayiş etdirir. Azərbaycanın etibarlı və sabit tərəfdaş olduğunu qeyd edən Prezident İlham Əliyev ölkəmizin həmçinin ikitərəfli əsasda da Əfqanıstanda həyata keçirilən quruculuq və yenidənqurma işlərinə öz töhfəsini, xüsusilə ASAN xidmət təcrübəsinin Əfqanıstanda da tətbiqinə dəstək verdiyini bildirdi. Dövlət başçısı xanım Laura Kuperin səfərinin və ölkələrimiz arasında müdafiə sahəsində məsləhətləşmələrin əməkdaşlığımızın inkişafına əlavə təkan verəcəyinə ümidvar olduğunu bildirdi. Ölkəmizə səfərinin Azərbaycanla ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin genişlənməsinin davam etdirilməsi məqsədini daşıdığını deyən ABŞ Müdafiə naziri müavininin müşaviri xanım Laura Kuper qeyd etdi ki, ABŞ rəhbərliyi Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verir. Xanım Laura Kuper Azərbaycanla ABŞ arasında terrorizm, kütləvi qırğın silahları və narkotik maddələrin yayılmasının qarşısının alınması və ümumilikdə təhlükəsizlik sahəsində əməkdaşlığı, Azərbaycanın Əfqanıstanda həyata keçirilən sülhyaratma missiyasına dəstəyini və tranzit daşımaları üçün yaratdığı imkanları yüksək qiymətləndirdi. |
XƏBƏR LENTİ
17.02.19 13:42 | Zakir Həsənov BƏƏ-nin müdafiə məsələləri naziri ilə görüşdü
17.02.19 13:40 | Azərbaycanda hava şəraiti dəyişəcək, sulu qar yağacaq
17.02.19 13:35 | Tramp yeni Suriya mesajı verdi, Avropadan dəstək istədi
16.02.19 21:40 | Zakir Həsənov BƏƏ-yə yola düşdü
16.02.19 21:36 | Daha 318 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək
16.02.19 18:51 | 2024-cü ildən sonra Putin öz gələcəyini necə düşünür
16.02.19 18:21 | Nazirlər münaqişənin tənzimlənməsindən danışdılar
16.02.19 18:09 | "Provakasion çəkilişlərə əhəmiyyət verməməyə çağırırıq" -
Əli Hüseynlidən insidentlə bağlı AÇIQLAMA
Əli Hüseynlidən insidentlə bağlı AÇIQLAMA
16.02.19 18:05 | Prezidentin köməkçisi “Neolit”dəki insidentə münasibət bildirib
16.02.19 18:03 | "Düşmənçilik toxumu səpməyə çalışan xarici qüvvələrin təxribatıdır" -
Rusiya azərbaycanlılarından BƏYANAT
Rusiya azərbaycanlılarından BƏYANAT
|