» » Baş Qərargah rəisi cəbhə bölgəsinə getdi

Baş Qərargah rəisi cəbhə bölgəsinə getdi

Bölmə: Siyasət
Baş Qərargah rəisi cəbhə bölgəsinə getdiAzərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi cəbhə bölgəsinə gedib
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin yeni tədris ilinə hazırlığı yoxlanılır.

Xalqinfo.az bildirir ki, apa-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir.

Yeni tədris ilinə hazırlıq məqsədilə keçirilən kompleks tədbirlər çərçivəsində bütün birlik, birləşmə və hərbi hissələrin döyüş qabiliyyəti, maddi-texniki-tədris bazasının vəziyyəti və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatı, şəxsi heyətin mənəvi-psixoloji durumu, nizam-intizamı və sosial şəraiti yoxlanılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler