» » İlham Əliyev Anlaşma Memorandumunu təsdiqlədi

İlham Əliyev Anlaşma Memorandumunu təsdiqlədi

Bölmə: Siyasət
İlham Əliyev Anlaşma Memorandumunu təsdiqlədi
Prezident İlham Əliyev Azərbaycan Xarici İşlər Nazirliyi ilə Çili Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Xalqinfo.az-ın məlumatına görə, fərmana əsasən, Azərbaycan Xarici İşlər Nazirliyi ilə Çili Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında 2018-ci il sentyabrın 13-də Santyaqo şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.

Bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Xarici İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, eləcə də memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çili hökumətinə bildiriş göndərməlidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler