» » Bu dəfə vitse-spikerlə Fəzail Ağamalı üz-üzə gəldi

Bu dəfə vitse-spikerlə Fəzail Ağamalı üz-üzə gəldi

Bölmə: Siyasət
Bu dəfə vitse-spikerlə Fəzail Ağamalı üz-üzə gəldi
Vitse-spiker Valeh Ələsgərovla deputat Fəzail Ağamalı arasında qalmaqal yaranıb.

Xalqinfo.az xəbər verir ki, buna səbəb vitse- spikerin millət vəkilini çıxışında səsləndirdiyi fikirlərə ironik tərzdə cavab verməsi olub:

“Burada hamı deyir ki, uşaq puluna və digər məsələlərə pul ayrılsın. Mən də istəyirəm ki, bu, olsun. Amma mənbə hardadır, mənbəni göstərin, hesablayın, hökumətə verin və bu məbləğ də büdcəyə daxil olsun”.

Bu zaman zaldan Fəzail Ağamalının etirazı eşidilib. O bildirib ki, az öncəki çıxışında adını çəkdiyi sabiq məmurların əmlaklarını hərraca çıxarmaqla, əldə olunan pulla mənbə yaratmaq mümkündür.

Mübahisəyə müdaxilə edən spiker Oqtay Əsədov isə deputatı səbirli olmağa çağırıb: “Sən dedin biz də eşitdik, eşitməyi bacarın da”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler