» » XİN-dən Məmmədyarovla Mnatsakanyanın görüşü ilə bağlı açıqlama

XİN-dən Məmmədyarovla Mnatsakanyanın görüşü ilə bağlı açıqlama

Bölmə: Siyasət
XİN-dən Məmmədyarovla Mnatsakanyanın görüşü ilə bağlı açıqlama
Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanın bu ilin dekabr ayında Milanda keçiriləcək ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində görüşü barədə mətbuatda yayılan məlumat münasibət açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva Unikal.org-a bildirib ki, rəsmi Bakı Ermənistan xarici işlər naziri ilə nəinki beynəlxalq tədbir çərçivəsində, həm də kənar formatda substantiv və nəticəyə yönəlik danışıqlar üçün görüşməyə razı olduğunu hər zaman bildirib: "ATƏT-in Minsk Qrupunun həmsədrləri bu görüşlərin təşkili istiqamətində müvafiq iş aparırlar. Azərbaycan tərəfi həmsədrlərin sülh danışıqlarını irəli aparmaq və Ermənistanı danışıqlarda konstruktiv mövqeyə gətirmək təklifini dəstəkləyir".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler