» » Azərbaycan XİN-dən Norveçin Bakıdakı səfirliyini bağlamasına reaksiya

Azərbaycan XİN-dən Norveçin Bakıdakı səfirliyini bağlamasına reaksiya

Bölmə: Siyasət
Azərbaycan XİN-dən Norveçin Bakıdakı səfirliyini bağlamasına reaksiya
Xəbər verdiyimiz kimi, Norveç Xarici İşlər Nazirliyi Azərbaycandakı səfirliyini bağlayacağı ilə əlaqədar məlumat yayıb.

Xalqinfo.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Trend-ə açıqlamasında qərarın təəssüf doğurduğunu bildirib.

“Azərbaycan Norveçlə hərtərəfli xoş münasibətlərə malikdir. Bu ölkənin ən iri enerji şirkəti olan “Equinor” (əvvəlki Statoil) 1990-cı illərdə Azərbaycana gələn ilk xarici şirkətlərdən olmuş və “Əsrin müqaviləsi”nin iştirakçısı olub. Norveçli vikinqlərlə Azərbaycanlılar arasında qədim əlaqələr və bağlılığın mövcudluğu nəzəriyyəsinin müəlifi - Norveçin tanınmış alim-etnoqrafı Tur Heyerdal Azərbaycanın böyük dostu olub. İki ölkə arasında müxtəlif sahələrdə çoxsaylı və faydalı layihələr həyata keçirilib”.

L.Abdullayeva əlavə edib ki, hazırda olan məlumata görə, Norveç tərəfi Azərbaycanda öz təmsilçiliyini konsulluq fəaliyyəti vasitəsilə saxlamaq niyyətindədir:

“Lakin bu təmsilçiliyin yalnız fəxri və ya diplomatik konsulluq statusunda həyata keçiriləcəyi hələ ki, tam aydın deyil”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler