» » Ərdoğan İlham Əliyevə təşəkkür edib

Ərdoğan İlham Əliyevə təşəkkür edib

Bölmə: Siyasət
Ərdoğan İlham Əliyevə təşəkkür edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup toplantısında “Star” neft emalı zavodunun açılışından danışıb.

Xalqinfo.az xəbər verir ki, prezident bu yatırımın Azərbaycan və Türkiyə üçün faydalı olacağını deyib:

“Ölkəmiz üçün çox kritik bir investisiya olan “Star” neft emalı zavodunun hər iki ölkə üçün xeyirli olmasını diləyirəm. Azərbaycan Dövlət Neft Şirkəti olan “SOCAR” bu zavodu 6,3 milyar dollarlıq investisiya ilə ölkəmizə qazandırıb. Bu Azərbaycanın bütünlüklə Türkiyədə 10 milyard dollarlıq yatırımıdır".

Ərdoğanın sözlərinə görə, Star” neft emalı zavodu hər il 10 milyon ton xam neft emal edəcək, eyni zamanda zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen və 160 min ton kükürd istehsal olunacaq: “Bu kapitalın həyata keçirilməsi məsələsində dəyanəti və dəstəyinə görə, dostum, Azərbaycan prezidenti İlham Əliyevə bir daha şəxsən və millətimin adından təşəkkür edirəm”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler