» » “Uyğur fəallar heç də Qaşıqçıdan daha az zülmə məruz qalmır” - Politoloqdan şərh

“Uyğur fəallar heç də Qaşıqçıdan daha az zülmə məruz qalmır” - Politoloqdan şərh

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
“Uyğur fəallar heç də Qaşıqçıdan daha az zülmə məruz qalmır” - Politoloqdan şərh
“ABŞ başda olmaqla müasir dünya hansısa şəkildə Səudiyyə rejiminə bədəl ödətməlidir”.

Xalqinfo.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli ərəb jurnalist Camal Qaşıqçının 2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilməsi hadisəsini şərh edərkən deyib.

O qeyd edib ki, böyük ehtimalla müəyyən sanksiyalar olacaq, amma ABŞ-ın Səudiyyə ilə müttəfiqliyi kəsməsini gözləmək əbəsdir və bunun əsas səbəbi silah ticarətindən çox, geosiyasi mübarizədir.

Ş.Cəfərli hesab edir ki, ABŞ-dan boşalacaq yeri Rusiya və Çin kimi alternativlər dərhal doldurub ABŞ-ı Orta Şərqdən atmağa hazırdır, bu perspektiv bizə heç də indikindən daha gözəl və daha insani dünya vəd etmir:

“Uyğur fəallar heç də Qaşıqçıdan daha az zülmə məruz qalmır” - Politoloqdan şərh

“Tam əksinə, Səudiyyə rejiminin “insan haqları”, “demokratiya” kəlmələri heç lüğətində olmayan bu dövlətlərə güvənib daha da vəhşiləşməsi ehtimalı yüksəkdir. Guya Səudiyyə Ərəbistanı kimi müştərilər olmasa və müharibələr baş verməsə, ABŞ silah sənayesi çökər fikri də şişirtmədir. ABŞ silah sənayesinin ən böyük sifarişçisi ABŞ dövlətinin özüdür. Xarici satışlardan ildə maksimum 40-50 milyard dollar gəlir əldə edilir, bu, təbii ki, önəmlidir, amma ABŞ-ın nəhəng hərbi sənayesini ayaqda saxlaya biləcək miqdar deyil”.

Politoloq Qaşıqçı məsələsini Çində zülmə məruz qalan uyğurlarla müqayisə edib və bunları deyib:

“Çin bu gün 1 milyondan çox günahsız uyğuru konslagerlərə doldurub, uyğurlar öz şəhərlərində pasport yoxlanışından keçərək hərəkət edir, bütün uyğur əhali 24 saat videomüşahidə altındadır. Uyğur fəallar heç də Qaşıqçıdan daha az zülmə məruz qalmır, amma bunlardan yazan yoxdur. Rusiyanı isə hamımız tanıyırıq. Razıyam ki, ABŞ-ın beynəlxalq siyasətində çoxlu naqisliklər var, amma bu, onun Çin və Rusiya ilə müqayisədə daha proqressiv dövlət olması gerçəyini dəyişmir.

Dünyaya kimsə liderlik edəcəksə, qoy elə ABŞ, Qərb etsin, çünki alternativləri daha bərbaddır. Heç kim liderlik, ağalıq etməsə, daha yaxşı olardı, amma belə bir dünya yoxdur və yəqin ki, olmayacaq da...”

“Uyğur fəallar heç də Qaşıqçıdan daha az zülmə məruz qalmır” - Politoloqdan şərh

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler