» » “Bu, xaricə qoyduğumuz ən böyük sərmayəmizdir” - Video

“Bu, xaricə qoyduğumuz ən böyük sərmayəmizdir” - Video

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
“Bu, xaricə qoyduğumuz ən böyük sərmayəmizdir” - Video
Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilir.

Xalqinfo.az xəbər verir ki, mərasimdə Azərbaycan və Türkiyə prezidentləri də iştirak edirlər. Əvvəlcə İlham Əliyevlə Rəcəb Tayyip Ərdoğan terrasdan zavodun ərazisinə baxıblar.

Dövlət başçılarına “Star” neft emalı zavodunda görülən işlər barədə məlumat verilib.

***

"Azərbaycan və Türkiyə iqtisadi baxımdan sürətlə inkişaf edən ölkələrdir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev "Star" neft emalı zavodunun açılış mərasimində deyib:

"Türkiyə Ərdoğanın liderliyi sayəsində dünya miqyasında böyük gücə çevrilib, dünya çapında söz sahibdir. Bölgədə və dünyada Türkiyə ilə hesablaşırlar. Türkiyənin mövqeyi bir çox hallarda həlledici rol oynayır. Mən dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı ikinci ölkə tanımıram.

“Star” rafinerinin yaradılması üçün Azərbaycan 6,3 milyard dollar yatırım edib. Bu bizim xaricə qoyduğumuz ən böyük investisiyamızdır. Bir sözlə, bu gün “Star” neft emalı zavodunun açılışı timsalında birliyimizin, dayanışmamızın, dostluğumuzun əlamətini görürük”.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler