» » Onların adları XİN-in “qara siyahısı”na düşdü

Onların adları XİN-in “qara siyahısı”na düşdü

Bölmə: Siyasət
Onların adları XİN-in “qara siyahısı”na düşdü
Azərbaycanın işğal olunmuş ərazilərinə - Dağlıq Qarabağa səfər etmiş Rusiyadan olan bir qrup vətəndaşın adı Azərbaycan Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısına salınıb.

Xalqinfo.az “Report”a istinadən xəbər verir ki, siyahıda Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Svetlana Jurova, rusiyalı yazıçı Lyudmila Ulitskaya, “Vera” beynəlxalq xeyriyyə fondunun təsisçisi Anna Federsmesserin adları yer alıb.

Daha əvvəl Azərbaycan XİN Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyanın irəli sürdüyü “Qadınlar Sülh naminə” təşəbbüsü və bu çərçivədə Rusiyadan bir qrup qadının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər etməsi ilə bağlı bəyanat yayıb və bu təşəbbüsün Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi mandatına uyğun gəlmədiyini vurğulayıb.

www.oxu.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler