» » Müdafiə Nazirliyi Daşkənd görüşü xəbərini təkzib etdi

Müdafiə Nazirliyi Daşkənd görüşü xəbərini təkzib etdi

Bölmə: Siyasət
Müdafiə Nazirliyi Daşkənd görüşü xəbərini təkzib etdiMDB müdafiə nazirlərinin Daşkənddə keçirilən 75-ci iclasında Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında heç bir görüş olmayıb.

Xalqinfo.az xəbər verir ki, bu barədə AzərTac-a Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər:

“Bir daha bəyan edirik ki, iddia olunduğu kimi nə bağlı qapılar arxasında, nə də ümumiyyətlə belə bir danışıqlar keçirilməyib. Bu kimi iddiaları qəti surətdə təkzib edir və bildiririk ki, yayılan xəbərlər tamamilə yalandır, həqiqətə uyğun deyil”.

Qeyd edək ki, son günlər bir sıra xarici KİV-də MDB müdafiə nazirlərinin Daşkənddə keçirilmiş 75-ci iclasında müzakirə edilən məsələlər barədə həqiqəti əks etdirməyən müxtəlif fikirlər səsləndirilirdi, o cümlədən guya Rusiya müdafiə nazirinın təşəbbüsü ilə Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair görüşün keçirildiyi iddia edilirdi.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler