» » Millət vəkili parlament sədri ilə görüşdü

Millət vəkili parlament sədri ilə görüşdü

Bölmə: Siyasət
Millət vəkili parlament sədri ilə görüşdüPakistanın Lahor şəhərində Asiya Parlament Assambleyasının 7-ci Plenar Sessiyasında iştirak edən millət vəkili, Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva Bəlucistan Əyaləti Parlamentinin sədri və Pakistan Parlamentində Xocalı Soyqırımının tanınmasında fəal rol oynamış Mir Can Camali ilə görüşüb.
qafqazinfo-ya daxil olan məlumata görə, görüş zamanı Q.Paşayeva bildirib ki, Pakistan Azərbaycan üçün dost, qardaş ölkədir və Azərbaycan xalqı Pakistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycana hər zaman verdiyi dəstəyi yüksək dəyərləndirir. Azərbaycan Prezidentinin və Parlamentinin də hər zaman dost Pakistanla münasibətlərin inkişafına böyük önəm verdiyini və bütün istiqamətlərdə ikitərəfli münasibətlərimizin inkişaf etdiyini deyən millət vəkili Qənirə Paşayeva Azərbaycan xalqının hər zaman Pakistana böyük sevgi bəslədiyini deyib.

Bəlucistan Əyaləti Parlamentinin sədri Mir Can Camali iki dost, qardaş ölkə olan Pakistanla Azərbaycan arasında əlaqələrin daha da genişlənməsinin və inkişafından məmnun olduğunu, qardaş Azərbaycanın da hər zaman Pakistana böyük dəstək verdiyini və Pakistan dövləti və xalqının da bunu çox yüksək qiymətləndirdiyini deyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler