» » Samir Şərifovun keçmiş müşavirinə vəzifə verildi

Samir Şərifovun keçmiş müşavirinə vəzifə verildi

Bölmə: Siyasət
Samir Şərifovun keçmiş müşavirinə vəzifə verildi





Maliyyə nazirinin keçmiş müşaviri Namiq Xəlilov işdən çıxması ilə bağlı ötən həftə mətbuatda yayılmış məlumata aydınlıq gətirib.

Xalqinfo.az xəbər verir ki, o, "Report”a açıqlamasında vəzifəsini, təxminən, 6 ay bundan əvvəl tərk etdiyini bildirib.

"Bu ilin aprel ayından mən Azərbaycanın Rusiyanın paytaxtı Moskvadakı ticarət nümayəndəliyində baş məsləhətçi vəzifəsində çalışıram”, - keçmiş müşavir qeyd edib.

Xatırladaq ki, N.Xəlilov uzun illər Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi vəzifəsində işləyib. 2016-ci il fevralın 3-də Maliyyə Bazarlarına Nəzarət Palatası yarandıqdan və adı çəkilən dövlət xidməti ləğv edilərək onun səlahiyyətləri Palataya verildikdən sonra nazir Samir Şərifov N.Xəlilovu özünə müşavir təyin etmişdi. Hazırda isə onu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun keçmiş sədri Elman Mehdiyev əvəz edir.

Qeyd edək ki, N.Xəlilovun vəzifədən azad edilməsi ilə bağlı ilk xəbəri Unikal.org saytı yayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler