» » "Ermənistan danışıqlar prosesini məqsədli şəkildə pozur" -

"Ermənistan danışıqlar prosesini məqsədli şəkildə pozur" - Xələf Xələfov

Bölmə: Siyasət
"Ermənistan danışıqlar prosesini məqsədli şəkildə pozur" -
"Ermənistan BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müvafiq qətnamələrinə məhəl qoymur".

Xalqinfo.az-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

O, təəssüflə qeyd edib ki, Ermənistanın yeni rəhbərliyinin son bəyanatları danışıqlar prosesini məqsədli şəkildə pozur, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının möhkəmləndirilməsinə xidmət edir və bununla regionu yeni təhlükələrlə üz-üzə qoyur.

Nazir müavini bəyan edib ki, danışıqlar prosesini pozulması və regionda gərginliyin artmasında tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.

X.Xələfov Ermənistan rəhbərliyini dövlətlərin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanımış sərhədlərinin pozulmamazlığı və Azərbaycanın bütün işğal olunan ərazilərinin şərtsiz azad olunması əsasında münaqişənin həlli istiqamətində konstruktiv mövqe tutmağa çağırıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler