» » Prezident İlham Əliyev baş katibi qəbul edib

Prezident İlham Əliyev baş katibi qəbul edib

Bölmə: Siyasət, MANŞET
Prezident İlham Əliyev baş katibi qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Qaz İxrac edən Ölkələrin Forumunun baş katibi Seyid Məhəmməd Hüseyn Adelini qəbul edib.

APA-nın məlumatına görə, görüş zamanı S. Adeli rəhbərlik etdiyi təşkilat barədə dövlət başçısına məlumat verib.

O, Qaz İxrac edən Ölkələrin Forumuna üzv olan 17 dövlətin ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu deyib. Azərbaycanın bu sahədə böyük potensiala malik olduğunu vurğulayan S. Adeli qlobal qaz bazarında ölkəmizin mühüm rol oynayacağına əminliyini bildirib.

Prezident İ. Əliyev isə ölkəmizin böyük qaz ehtiyatlarına malik olduğunu deyərək hazırda təbii qazın müxtəlif marşrutlarla nəqlinin uğurla həyata keçirildiyini vurğulayıb. Dövlət başçısı Qaz İxrac edən Ölkələrin Forumu ilə əməkdaşlığın təşkilata üzv olan ölkələrlə ikitərəfli əlaqələrin inkişafına da xidmət edəcəyinə əminliyini ifadə edib.


Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler