“Bundan sonra da vicdanlı olacağam” - Abid Şərifov![]() Xalqinfo.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında baş nazirin sabiq müavini Abid Şərifov deyib. Baş nazirin sabiq müavini mətbuatda onun səhhətində problem olduğu və bununla əlaqədar xaricə göndərildiyi barədə yazılanlara etiraz edib: “Demək istəyirəm ki, hazırda evdəyəm və səhhətim normaldır. Nə vaxtsa da xaricə getmək fikrim yoxdur. Mənim xaricdə nə işim var? 23 il dövlətin bir vəzifəsində vicdanla işləmişəm və bundan sonra da vicdanlı olacağam”. Abid Şərifov onun keçmiş vəzifəsini hazırda icra edən baş nazirin müavini Hacıbala Abutalıbovun fəaliyyəti barədə danışmaq istəmədiyini deyib: “Bu, mənim işim deyil. Mən tövsiyə verə bilmərəm. Hacıbala müəllimin fəaliyyətini mən yox, prezident qiymətləndirə bilər, bir də vətəndaşlar. Ancaq əsas cənab prezidentdir. Bu məsələ dah mənlik deyil”. A.Şərifov bundan sonra mətbuatla sıx təmasda olmaq istəmədiyini qeyd edib: “Mətbuata açıqlamalar vermək istəmirəm. Zamanında çox açıqlamalar vermişəm. Daha bəsdir...”. |
XƏBƏR LENTİ
21.02.19 01:04 | Estoniya müharibəyə hazırlaşır
21.02.19 00:55 | Azərbaycan qaz hasilatını artıracaq
21.02.19 00:44 | Bu gecə Kiçik çillə bitir
21.02.19 00:42 | "Samsung" dünyada ilk qatlanan smartfon təqdim edir
21.02.19 00:38 | “Bunlar neft və qaz satışı gəlirləri sayəsində mümkün olub”
21.02.19 00:34 | Putin ABŞ-a meydan oxudu
21.02.19 00:23 | Netanyahu Moskvaya getməkdən imtina etdi
21.02.19 00:19 | Deputat Lənkəranski ilə qohumluğundan, Qulinin "vor"luğundan DANIŞDI
21.02.19 00:06 | Elşad İsgəndərovun Türkiyəyə girişinə qadağa qoyuldu
19.02.19 22:05 | Hövsanda acınacaqlı mənzərə
19.02.19 21:59 | Bakının mərkəzi küçələrinin kəsişməsində nə baş verir?
19.02.19 21:42 | Daha bir senator ABŞ prezidentliyə namizəd oldu
19.02.19 21:39 | Ramil Usubov Sumqayıt yol polisinə yeni rəis təyin etdi
19.02.19 21:35 | Azərbaycan və çeçen ağsaqqalları görüşdü
|