Prezident fərman imzaladıBölmə: Siyasət
Prezident İlham Əliyev Azərbaycan Səhiyyə Nazirliyi ilə Serbiya Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında 2018-ci il mayın 21-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.Xalqinfo.az xəbər verir ki, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Səhiyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək. Xarici İşlər Nazirliyinə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Serbiya hökumətinə bildiriş göndərmək tapşırılıb. Bundan başqa, dövlət başçısı Azərbaycan Ədliyyə Nazirliyi ilə Serbiya Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında 2018-ci il mayın 21-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumunu təsdiq edib. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|