» » Əliyev və Ərdoğan Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdi

Əliyev və Ərdoğan Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdi

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Əliyev və Ərdoğan Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Xalqinfo.az xəbər verir ki, dövlət başçıları Ulu Öndərin məzarı önünə əklil qoyublar.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-də Şəhidlər xiyabanını ziyarət ediblər.

Unikal.org xəbər verir ki, burada dövlət başçılarının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılmış "Əbədi məşəl” abidəsinin önünə əklil qoydular.

Sonra Azərbaycan və Türkiyə prezidentləri Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoydular.

Dövlət başçıları Xatirə kitabına ürək sözlərini yazdılar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler