» » Elmar Məmmədyarov Seti qəbul etdi

Elmar Məmmədyarov Seti qəbul etdi

Bölmə: Siyasət
Elmar Məmmədyarov Seti qəbul etdi
Xarici işlər naziri Elmar MəmmədyarovBMT-nin Təlim və Tədqiqatlar İnstitutunun (UNİTAR) icraçı direktoru Nixil Seti qəbul edib.

Xarici İşlər Nazirliyindən (XİN) "Report"a verilən məlumata görə, görüş zamanı E.Məmmədyarov bildirib ki, bu səfər Azərbaycanla UNİTAR arasında əməkdaşlığın daha da inkişafına töhfə verəcək.

UNİTAR-ın icraçı direktoru N.Set səmimi qarşılanmaya görə təşəkkürünü bildirərək təmsil etdiyi İnstitutun yaranma tarixi, fəaliyyəti və bir çox ölkələrdə həyata keçirdiyi proqramlar və layihələr haqqında ətraflı məlumat verib.

E.Məmmədyarov XİN-nin nəzdində olan ADA Universitetinin fəaliyyətinə toxunaraq bu təhsil müəssisəsində yerli və xarici mütəxəssislər üçün müxtəlif sahələr üzrə ixtisaslaşmış təlim proqramlarının təşkil edildiyini nəzərə çatdırıb. O həmçinin Azərbaycan Dövlət Neft Akademiyasında ənənəvi olaraq digər ölkələrdən olan çoxsaylı tələbələrin neft mühəndisliyi və başqa ixtisaslar üzrə təhsil aldığını qeyd edərək Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamına əsasən, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv ölkələrdən olan tələbələrə təhsil təqaüdlərinin ayrıldığını bildirib.

Görüşdə Azərbaycan və UNİTAR arasında perspektiv əməkdaşlıq imkanlarına dair geniş fikir mübadiləsi aparılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler