» » Keçmiş milli təhlükəsizlik naziri insult keçirib

Keçmiş milli təhlükəsizlik naziri insult keçirib

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Keçmiş milli təhlükəsizlik naziri insult keçiribAzərbaycanın sabiq milli təhlükəsizlik naziri Namiq Abbasovun səhhətində ciddi problem yaranıb.

Xalqinfo.az xəbər verir ki, bu barədə Modern.az-a sabiq nazirin yaxınları məlumat verib.

Məlumata görə, eks-nazir insult keçirib.

“Bir neçə ay olar ki, Namiq Abbasovun səhhətində müəyyən problemlər yaranmışdı. Sonradan insult keçirdiyi bəlli oldu. Bir müddət həkimlərin ciddi nəzarəti altında qaldı, amma hazırda səhhəti normaldır”,-sabiq nazirin yaxınları bildiriblər.

Qeyd edək ki, Namiq Abbasov 22 fevral 1940-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub.

1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.

Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler