“Azərbaycanın müəllifi olduğu qlobal layihələr regiona təhlükəsizlik vəd edir”Bölmə: Siyasət
![]() Xalqinfo.az xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. V. Rəhimzadə bildirib ki, son dövrlər bu cür qarşılıqlı səfərlər ölkələr arasındakı münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb edir: “Almaniya Kansleri Angela Merkelin Azərbaycana səfəri, Prezident İlham Əliyevin Rusiya, Qırğızıstan və Xorvatiyaya səfərləri və əldə olunmuş razılaşmalar xarici siyasətimizin dinamikliyinin, Azərbaycanın dünya birliyində yüksək nüfuza malik ölkə olduğunun əyani sübutudur”. Azərbaycan Prezidentinin Xorvatiyaya rəsmi səfərinə toxunan “İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, bu səfər ölkəmizin Avropa üçün nə qədər önəm kəsb etdiyini, qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinə olan marağı, Azərbaycana verilən yüksək qiyməti ortaya qoyur: “Bütün səfərlərdə milli və dövlətçilik maraqları qorunmaqla ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində sənədlər imzalanır. Bu səfərlər və dövlətlər arasında əldə olunmuş razılaşmalar Azərbaycanın strateji tərəfdaşlıq əlaqələrinin güclənməsinə, dost və tərəfdaşlarının sayının artmasına xidmət edir. Təbii ki, bunlar ölkəmizin beynəlxalq nüfuzu ilə yanaşı, iqtisadi inkişafının da göstəricisidir”. Vüqar Rəhimzadə onu da əlavə edib ki, Azərbaycan Prezidentinin xarici ölkələrə və eləcə də digər dövlətlərin başçılarının ölkəmizə səfərləri respublikamızın dünya birliyinə sürətli inteqrasiyasının göstəricisidir: “Azərbaycan son illər uğurlu layihələrə imza atıb və bu layihələr çərçivəsində ölkəmiz beynəlxalq əməkdaşlığa mühüm töhfələr verməkdədir. Azərbaycan və xarici ölkə prezidentlərinin qarşılıqlı səfərləri çəçivəsində siyasi, iqtisadi və digər sahələrdə əldə olunan razılaşmalar isə sülh və təhlükəsizliyi daha da möhkəmləndirir, inkişafı sürətləndirir.” |
XƏBƏR LENTİ
19.02.19 22:05 | Hövsanda acınacaqlı mənzərə
19.02.19 21:59 | Bakının mərkəzi küçələrinin kəsişməsində nə baş verir?
19.02.19 21:42 | Daha bir senator ABŞ prezidentliyə namizəd oldu
19.02.19 21:39 | Ramil Usubov Sumqayıt yol polisinə yeni rəis təyin etdi
19.02.19 21:35 | Azərbaycan və çeçen ağsaqqalları görüşdü
19.02.19 21:26 | Milli Məclisdə könüllülərin sualları cavablandırıldı
19.02.19 21:15 | Polkovnik - leytenant xərçəngdən vəfat etdi
19.02.19 21:12 | Prezident Sahil Babayevə yeni müavin təyin etdi
19.02.19 21:09 | Ramil Usubov Türkiyədə səfərdədir
19.02.19 21:07 | DTX rəhbəri prezidentin səsini dinlədiyi üçün həbs edildi
19.02.19 06:47 | Azərbaycan Prezidenti İlham Əliyev
: "Bu zavodda istehsal olunan məhsullar ölkəmizə valyuta gətirəcək"
: "Bu zavodda istehsal olunan məhsullar ölkəmizə valyuta gətirəcək"
19.02.19 06:42 | Ayaqqabısının ölçüsü qədər iş görməyənlər...” - Prezidentlə görüşdən
19.02.19 06:26 | "Prezident Administrasiyasından mənə telefon zəngi oldu və dedilər ki..." -
Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
18.02.19 13:10 | İqbal Ağazadə ona 165 min “atana” kömək olunmasını istəyib
18.02.19 12:31 | İlham Əliyev Sumqayıtda zavod açılışında
18.02.19 12:30 | Ramil Usubov polis kapitanına VƏZİFƏ VERDİ
17.02.19 13:42 | Zakir Həsənov BƏƏ-nin müdafiə məsələləri naziri ilə görüşdü
17.02.19 13:40 | Azərbaycanda hava şəraiti dəyişəcək, sulu qar yağacaq
|