“Bu cür insanlar Azərbaycan ictimaiyyəti tərəfindən tənqid olunur” - PA rəsmisiBölmə: Siyasət
“Digər dövlətlərdə qanunsuz qruplaşmalarda iştirak edən Azərbaycan vətəndaşları ölkəyə qayıtdıqda cinayət məsuliyyətinə cəlb edilir”.Xalqinfo.az-ın Trend-ə istinadən məlumatına görə, bunu “Exo Moskvı"ya müsahibəsində Azərbaycan Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov deyib. E.Nəcəfov bildirib ki, İŞİD kimi terror təşkilatlarına cəlb olunan Azərbaycan vətəndaşları ölkəyə qayıdanda qadağan olunmuş təşkilatlarda iştirakına görə cinayət məsuliyyətinə cəlb olunur: “Çünki onlar qanunu pozublar. Biz qanunun aliliyini əsas götürürük. Bu cür insanlar təkcə dövlət tərəfindən deyil, həm də Azərbaycan ictimaiyyəti tərəfindən tənqid olunur”. Onun sözlərinə görə, vətəndaşın terror təşkilatlarının tərkibində iştirakı kimi mənfi təzahürlərin qarşısını almaq üçün müəyyən siyasət həyata keçirilir ki, bu da bir sıra ölkələrin xoşuna gəlmir. Nəcəfov qeyd edib ki, Azərbaycanda müəyyən təşkilatlar, digər ölkələrdən maliyyələşən əsasən müsəlman təşkilatları var: “Söhbət bəzi Yaxın Şərq ölkələrindəki mərkəzlərdən gedir. Bu mərkəzlər İŞİD və digər bu kimi təşkilatların yaydığı ideologiyanı təbliğ edirlər. Onların fəaliyyəti qanunaziddir, Konstitusiyaya uyğun deyil. İstənilən ölkədə hər hansı təşkilat qanunu gözləmirsə, qanunsuz fəaliyyətinə görə cavab verməlidir”. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|