» » Ərdoğan bu həftə Bakıya gəlir - Azərbaycan müstəqilliyinin 100 illiyi ilə əlaqədar

Ərdoğan bu həftə Bakıya gəlir - Azərbaycan müstəqilliyinin 100 illiyi ilə əlaqədar

Bölmə: Siyasət, MANŞET
Ərdoğan bu həftə Bakıya gəlir - Azərbaycan müstəqilliyinin 100 illiyi ilə əlaqədarTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabr ayının 15-də Azərbaycana səfərə gələcək.

Xalqinfo.az xəbər verir ki, bu barədə bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın bildirib. Onun sözlərinə görə, prezident Ərdoğan şənbə günü Azərbaycanın müstəqilliyinin 100 illiyi ilə əlaqədar Bakıya gedəcək.

Kalın vurğulayıb ki, Bakıda keçiriləcək tədbirdə Hörmətli Prezidentimiz çıxış edəcək və ölkə başçısı vasitəsilə bir daha azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu göstərəcəyik.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı tədbirləri çərçivəsində, Bakının 1918-cı il sentyabrın 15-də bolşevik-daşnak silahlı birləşmələrindən azad edilməsi münasibətilə parad təşkil ediləcək. Parada Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər qurumların müvafiq strukturlarının şəxsi heyəti və minik vasitələri cəlb edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler