» » İlham Əliyev ikitərəfli münasibətlərdən danışdı - ...

İlham Əliyev ikitərəfli münasibətlərdən danışdı - ... çox yaxşı nəticələr verəcək

Bölmə: Siyasət, BLOK XƏBƏR
İlham Əliyev ikitərəfli münasibətlərdən danışdı - ...




"Biz bu gün ikitərəfli münasibətlərin gündəliyində duran bir çox məsələlərlə bağlı ətraflı danışıqlar, fikir mübadiləsi apardıq”.

Xalqinfo.az xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmonun şərəfinə təşkil edilən ziyafətdə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

İlham Əliyev qeyd edib ki, görüşdə əməkdaşlığın möhkəmlənməsinə, qarşılıqlı fəaliyyətin genişlənməsinə iki ölkənin sadiq olduğu bir daha təsdiq edilib.

"Ticari-iqtisadi münasibətlərin möhkəmləndirilməsi üçün mühüm yolları müəyyənləşdirdik. Bu gün sənaye kooperasiyası ilə bağlı məsələlərə çox vaxt sərf etdik. Qəbul edilən qərarlar əminəm ki, qısa müddətdə çox yaxşı nəticələr verəcək. Nəticə yeni istehsalatların, istehsalat güclərinin, sənaye kooperasiyasının, yüzlərlə yeni iş yerinin yaradılmasına hədəflənəcək. Bu qərarlar bizim sənaye müəssisələrimiz arasında tamamilə yeni kooperasiya sistemi yaradacaq, ölkələrimizin nəqliyyat infrastrukturunu daha da çox yükləyəcək”.

Prezident sözlərinə əlavə edib ki, həmçinin sərmayələrlə bağlı məsələyə toxunulub və yaxın vaxtlarda Tacikistana sərmayə məsələlərinin öyrənilməsi üzrə konkret missiya göndəriləcək:

"Həmçinin kənd təsərrüfatının, turizmin inkişafı ilə bağlı məsələləri müzakirə etdik. Belə demək olarsa, diqqətimizdən kənarda qalan çox az sahələr oldu”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler