» » “Sabah Xəzərlə bağlı tarixi qərar qəbul ediləcək” - Nazarbayev

“Sabah Xəzərlə bağlı tarixi qərar qəbul ediləcək” - Nazarbayev

Bölmə: Siyasət, BLOK XƏBƏR
“Sabah Xəzərlə bağlı tarixi qərar qəbul ediləcək” - Nazarbayev




Xəzəryanı dövlətlərin qarşılıqlı əlaqəsinə dair bütün məsələlər razılaşdırılıb. Sabah tarixi qərar qəbul ediləcək.

“Xalqinfo” xəbər verir ki, bu sözləri Qazaxıstan prezidenti Nursultan Nazarbayev çıxışında deyib:

“Son 20 ildə biz çox asan olmayan danışıqlar apardıq. Xəzər dənizindəki ortaq işimizlə əlaqəli bütün məsələləri həll etmək üçün mövqelərimizi razılaşdırdıq. Bura gəmiçilik, Xəzərin resursları, dənizin bioloji resurslarının qorunması, dövlətlərimizin ticarəti və əməkdaşlığı daxildir. Hesab edirəm ki, bütün məsələlər razılaşdırılıb. Sabah tarixi qərarın qəbul edilməsini gözləyirik. Hamımız üçün çox vacib andır”.



Qeyd edək ki, sabah Aktauda beş Xəzəryanı dövlətin (Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan) lideri Xəzərin hüquqi statusu ilə bağlı çoxillik danışıqlara yekun vurmaq üçün görüşəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler