» » "Hər iki tərəfin maraqlarına xidmət edəcək" -

"Hər iki tərəfin maraqlarına xidmət edəcək" - Elmar Məmmədyarov

Bölmə: Siyasət
"Hər iki tərəfin maraqlarına xidmət edəcək" -





"Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi sahəsində qarşılıqlı əməkdaşlıq uğurla inkişaf edir və hər iki tərəfin maraqlarına xidmət edəcək".

Unikal.org xəbər verir ki, bunu "RİA
Novosti"yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında yeni sazişin imzalanması məsələsini şərh edərkən deyib.

Viza rejiminin sadələşdirilməsindən danışan nazir respublikanın hazırda Aİ ilə viza rejiminin sadələşdirilməsi üzrə qüvvədə olan mexanizmə malik olduğunu xatırladıb.

"Azərbaycan və Avropa İttifaqı arasında dialoq tərəflər arasında bərabərlik və qarşılıqlı faydalı əməkdaşlıq əsasında aparılır. Bu günlərdə Aİ rəhbərliyi ilə Brüsseldə keçirilən görüşlər belə yanaşmanın düzgünlüyünü nümayiş etdirdi. Proses doğru istiqamətdə irəliləyir və bu, bizi iki bərabərhüquqlu tərəfdaş - Azərbaycan və Avropa İttifaqı arasında "böyük saziş"in imzalanmasına çıxaracaq", - E.Məmmədyarov bildirib.

Balanslaşdırılmış xarici siyasət kursunun keçirilməsi məsələsini şərh edən E.Məmmədyarov Azərbaycanın xarici siyasətinin "və ya" prinsipinə əsaslanmadığını, balanslaşdırılmış, çoxvektorlu və inklüziv xarakter daşıdığını vurğulayıb: "Bu kursu davam etdirməyin öz bəhrəsini verəcəyinə və xalqımıza və bütövlükdə regionumuza xidmət edəcəyinə əminik".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler