» » Prezident Maltanın yeni səfirinin etimadnaməsini qəbul etdi

Prezident Maltanın yeni səfirinin etimadnaməsini qəbul etdi

Bölmə: Siyasət
Prezident Maltanın yeni səfirinin etimadnaməsini qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Malta Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Con Debononun etimadnaməsini qəbul edib.

Xalqinfo.az aznews.az-a istinadən bildirir ki, səfirlə söhbət zamanı dövlət başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin çox yaxşı səviyyədə olduğunu vurğulayıb.

Prezident İlham Əliyev Malta Respublikasının baş naziri ilə görüşünü və ikitərəfli münasibətlərimizin inkişafına dair məsələləri müzakirə etdiklərini məmnunluqla xatırlayıb. Enerji sektorunda əməkdaşlığımızın artıq mövcud olduğunu vurğulayan dövlət başçısı ikitərəfli münasibətlərin digər sahələrdə də genişləndirilməsinin zəruriliyini qeyd edib.

Səfir C. Debono isə ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələri müxtəlif istiqamətlərdə genişləndirməkdə maraqlı olduğunu deyib.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler