» » Ərdoğan Azərbaycanda - Əliyevlə görüşdü + Fotolar

Ərdoğan Azərbaycanda - Əliyevlə görüşdü + Fotolar

Bölmə: Siyasət, MANŞET
Ərdoğan Azərbaycanda - Əliyevlə görüşdü + FotolarTürkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün Azərbaycana səfərə gəlir.

Xalqinfo.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ötən gün andiçmə mərasimi olan Ərdoğan ilk rəsmi səfərini həyata keçirmək üçün “TUR” özəl təyyarəsi ilə səhər saatlarında Bakıya yola düşüb.

Türkiyə lideri Bakı səfərindən sonra Şimali Kipr Türk Cümhuriyyətinə gedəcək.

***

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana rəsmi səfəri başlayıb. “Qafqazinfo” xəbər verir ki, Türkiyə prezidentini hava limanında Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

***

Rəcəb Tayyib Ərdoğan Fəxri xiyabana gələrək Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

***

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.

***

Rəsmi qarşılanma mərasimindən sonra İlham Əliyevin Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

***

Təkbətək görüş başa çatdıqdan sonra İlham Əliyevin Rəcəb Tayyib Ərdoğan ilə işçi nahar çərçivəsində geniş tərkibdə görüşü olub.

Ərdoğan Azərbaycanda - Əliyevlə görüşdü + Fotolar
Ərdoğan Azərbaycanda - Əliyevlə görüşdü + Fotolar
Ərdoğan Azərbaycanda - Əliyevlə görüşdü + Fotolar
Ərdoğan Azərbaycanda - Əliyevlə görüşdü + Fotolar
Ərdoğan Azərbaycanda - Əliyevlə görüşdü + Fotolar
Ərdoğan Azərbaycanda - Əliyevlə görüşdü + Fotolar
Ərdoğan Azərbaycanda - Əliyevlə görüşdü + Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler