» » “Azərbaycan Türkiyə iqtisadiyyatına 13,9 milyard dollar sərmayə qoyub” - İlham Əliyev

“Azərbaycan Türkiyə iqtisadiyyatına 13,9 milyard dollar sərmayə qoyub” - İlham Əliyev

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
“Azərbaycan Türkiyə iqtisadiyyatına 13,9 milyard dollar sərmayə qoyub” - İlham Əliyev“Bizim ticarət dövriyyəmiz artır və daha da artmalıdır. Qarşılıqlı sərmayə qoyuluşu da davam edəcək”.

Xalqinfo.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.

İ.Əliyev qeyd edib ki, Ərdoğanla görüşdə daha öncə görülmüş işlər təhlil edilib, gələcək planlar haqqında fikir mübadiləsi aparılıb.

Azərbaycan prezidenti məlumat verib ki, bu zamana qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 13,9 milyard dollar sərmayə qoyub. Türkiyə şirkətləri isə Azərbaycanda 12 milyard dollardan çox investisiya yatırıblar:

“Bu böyük rəqəmlər bizim əlaqələrimizin də hansı yerdə olduğunu göstərir. Çünki yalnız qardaş ölkələr bir-birinə bu qədər böyük sərmayə yatıra bilər. Bizim əlaqələrimiz çoxşaxəlidir və bunun təməlində xalqlarımızın birliyi, ortaq maraqlar dayanır”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler