» » İlham Əliyev 3 səfirin etimadnaməsini qəbul etdi

İlham Əliyev 3 səfirin etimadnaməsini qəbul etdi

Bölmə: Siyasət
İlham Əliyev 3 səfirin etimadnaməsini qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26- da Qvatemala Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Herbert Estuardo Meneses Koronadonun etimadnaməsini qəbul edib.

Xalqinfo.az aznews.az-a istinadən xəbər verir ki, səfir Herbert Estuardo Meneses Koronado fəxri qarovul dəstəsinin qarşısından keçib. Herbert Estuardo Meneses Koronado etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Azərbaycanla Qvatemala arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini deyən Prezident İlham Əliyev ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə genişləndirilməsi üçün də imkanların araşdırılmasının vacibliyini qeyd edib. İlham Əliyev səfirin bu əlaqələrin inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Fövqəladə və səlahiyyətli səfir Herbert Estuardo Meneses Koronado Qvatemala Respublikasının Prezidenti Otto Fernando Perez Molinanın salamlarını dövlətimizin başçısına çatdırıb. O, ölkəsinin Prezidentinin Azərbaycan ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə böyük önəm verdiyini deyib. Səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini bildiib.

İlham Əliyev prezident Otto Fernando Perez Molinaya salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qvatemala Respublikasının dövlət başçısına çatdırmağı xahiş edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ceyms Martin Larsenin etimadnaməsini də qəbul edib.

Azərbaycan Respublikası ilə Avstraliya İttifaqı arasında yaxşı əlaqələrin mövcud olduğunu vurğulayan dövlət başçısı Avstraliyanın Baş naziri ilə görüşünü və ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı apardıqları müzakirələri məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin perspektivləri, qarşılıqlı biznes və investisiya imkanlarının öyrənilməsi istiqamətində işlərin aparılmasının vacibliyini qeyd edib. Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ceyms Martin Larsen ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələri müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, təhsil və digər sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu deyib. O, ikitərəfli münasibətlərimizin genişləndirilməsi işində səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib.

Daha sonra Prezident İlham Əliyev Yeni Zelandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib. Yeni Zelandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Conatan Endryu Karr Azərbaycanda diplomatik fəaliyyətə başlamasından məmnun olduğunu deyib. Azərbaycanla Yeni Zelandiya arasında çox yaxşı siyasi əlaqələrin olduğunu deyən dövlət başçısı bu əlaqələrin iqtisadi sahədə də inkişaf etdirilməsi üçün güclü qarşılıqlı siyasi iradənin olduğunu vurğulayaraq biznes, sərmayə qoyuluşu və digər sahələrdə imkanların araşdırılmasının zəruriliyini qeyd edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler