» » İlham Əliyev nazirin vəfatı ilə bağlı başsağlığı verdi

İlham Əliyev nazirin vəfatı ilə bağlı başsağlığı verdi

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
İlham Əliyev nazirin vəfatı ilə bağlı başsağlığı verdi
Müdafiə sənayesi naziri Yavər Camalov 2018-ci il iyunun 23-də ömrünün 69-cu ilində vəfat edib.

Xalqinfo.az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri Y. Camalovun vəfatı ilə əlaqədar başsağlığı verib.

Nekroloqda qeyd edilir ki, Azərbaycan Respublikasında müdafiə sənayesi sahəsində vahid dövlət siyasətinin uğurla həyata keçirilməsində Y. Camalovun özünəməxsus xidmətləri var:

“Onun bir nazir kimi rəhbərlik etdiyi dövr ərzində nazirliyin müəssisələrində çox sayda yeni istehsal sahələri yaradılmaqla yanaşı, qurumun müasir tələblərə uyğun səmərəli fəaliyyəti nəticəsində ölkədə hərbi təyinatlı məhsulların çeşidi artıb və keyfiyyəti yüksəlmiş, müdafiə sənayesinin idxaldan asılılığının aradan qaldırılması istiqamətində nailiyyətlər əldə olunub və ümumilikdə Azərbaycan Ordusunun müasir silah növləri ilə təmin edilməsi üçün zəruri addımlar atılıb.

Yavər Camalovun ölkənin iqtisadi inkişafındakı xidmətləri daim yüksək qiymətləndirilib. O, “Əməkdar mühəndis” fəxri adına layiq görülmüş və müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib. Tanınmış ictimai-siyasi xadim, bacarıqlı təşkilatçı və səmimi insan Yavər Camalovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq. Allah rəhmət eləsin!”.

İlham Əliyev

Mehriban Əliyeva

Novruz Məmmədov

Oqtay Əsədov

Ramiz Mehdiyev

Hacıbala Abutalıbov

Əli Əsədov

Akif Əlizadə

Zakir Həsənov

Ramil Usubov

Elçin Quliyev

Rövnəq Abdullayev

Xoşbəxt Yusifzadə

Yəhya Musayev

Tofiq Rəfiyev

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler