» » Volodin Azərbaycana rəsmi səfərə gəlir

Volodin Azərbaycana rəsmi səfərə gəlir

Bölmə: Siyasət
Volodin Azərbaycana rəsmi səfərə gəlirRusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və rəhbərlik etdiyi nümayəndə heyəti bu gün və sabah Azərbaycanda rəsmi səfərdə olacaq.

Xalqinfo.az-ın TASS-a istinadən verdiyi məlumata görə, səfər çərçivəsində prezident İlham Əliyev və Milli Məclisin sədri Oqtay Əsədovla görüşlər keçiriləcək. Görüşdə iki ölkə arasında qarşılıqlı faydalı münasibətlərin inkişafı, ticari-iqtisadi əməkdaşlıq məsələləri, qanunvericiliyin uyğunlaşdırılması müzakirə ediləcək.

Bundan başqa, ikitərəfli parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi beynəlxalq arenada qarşılıqlı fəaliyyət məsələləri də gündəmdə olacaq.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler