» » “24 saat ərzində ora heç kim girə bilməz” -

“24 saat ərzində ora heç kim girə bilməz” - Deputat

Bölmə: Siyasət
“24 saat ərzində ora heç kim girə bilməz” -
"İmişlidə pambıq sahəsində baş verən zəhərlənmə ilə əlaqədar rayon xəstəxanasına rəsmi olaraq 111 nəfər müraciət edib”.

Xalqinfo.az xəbər verir ki, bunu hazırda İmişli rayonunda olan Milli Məclisin deputatı Çingiz Qənizadə Modern.az saytına açıqlamasında bildirib: “Rəsmi müraciət edənlərin 74 nəfərindən qan və sidik nümunələri götürülərək müayinə olunmaq üçün Bakıya göndərilib. Fəhlələrin böyük əksəriyyətinə ilkin tibbi yardım göstərilib və evə buraxılıblar. Hazırda İmişli rayon Mərkəzi Xəstəxanasında 7 nəfər reanimasiyadadır. Mən onların hər biri ilə görüşdüm. Tam məsuliyyətlə deyirəm ki, səhhətləri yaxşıdır. Yəqin bir neçə saatdan sonra həmin şəxslər də evə buraxılacaq. Pambıq sahəsində zəhərlənənlərin sayı bağlı səsləndirilən müəyyən fikirlər həqiqətə uyğun deyil”.

Deputat bildirib ki, hazırda Baş prokurorun birinci müavini Rüstəm Usubov da İmişlidədi və prokurorluqda məsələ ilə əlaqədar iş gedir: “Həmçinin, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli öz komandası ilə burdadır. Əkin sahələrindən nümunələr götürülür. Yəqin ki, yaxın bir neçə günə zəhərlənmənin səbəbi müəyyən olunacaq. İlkin ehtimala görə, istifadə olunan kimyəvi dərmanların keyfiyyəti və ya onun tələblərinə əməl edilməməsi bu hadisəyə səbəb olub. Yəni dərmanlar sahəyə vurulduqdan sonra 24 saat ərzində ora heç kim girə bilməz. Ola bilər ki, bu müddət buraxılıb və zəhərlənmə əlamətləri hiss olunub. Buna baxmayaraq hazırda hər şey qənaətbəxşdir”


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler