» » Putin Paşinyanı Azərbaycan prezidenti ilə tanış edib

Putin Paşinyanı Azərbaycan prezidenti ilə tanış edib

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Putin Paşinyanı Azərbaycan prezidenti ilə tanış edibRusiya lideri Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı Azərbaycan prezidenti İlham Əliyevlə tanış edib.

Xalqinfo.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə N.Paşinyan “Facebook” profilində yerləşdirdiyi video-müraciətində bildirib.

“Rusiya ilə Səudiyyə Ərəbistanı arasında baş tutan futbol matçından sonra Rusiya prezidenti MDB ölkələrinin liderləri formatında kiçik bir qəbul təşkil etdi. Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edirdi və Rusiya prezidenti bizi tanış etdi. Bu sadəcə tanışlıq idi, heç bir müzakirə, məzmunlu söhbət və ya təmas olmadı”, - deyə Paşinyan vurğulayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler