» » Əli Əhmədov Sarkisyanın Qarabağa səfərini şərh etdi

Əli Əhmədov Sarkisyanın Qarabağa səfərini şərh etdi

Bölmə: Siyasət
Əli Əhmədov Sarkisyanın Qarabağa səfərini şərh etdi
Ermənistan prezidenti Armen Sarkisyanın ötən gün Azərbaycanın işğal altında olan ərazilərinə səfəri qanunsuzdur və bu qanunsuzluğa görə məhz o, məsuliyyət daşıyır.

Xalqinfo.az məlumat verir ki, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, bu məsələ ATƏT-in Minsk qrupunu, eyni zamanda, Azərbaycan torpaqlarının geri qaytarılması üçün səy göstərən, bəyanatlar verən bütün dövlətləri narahat etməlidir:

“Əks halda, münaqişənin həll olunması üçün yol tapmaq çətin olacaq”.

Baş nazirin müavini qeyd edib ki, vaxt gələcək, bu qanunsuzluğu törədənlər cavab verməli olacaqlar.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev A.Sarkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə, o cümlədən Kəlbəcər rayonuna səfərinin təxribat məqsədi daşıdığını və vəziyyətin gərginləşdirilməsinə xidmət etdiyini bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler