» » Makedoniya prezidenti ölkənin adının dəyişməsinə razı olmadı

Makedoniya prezidenti ölkənin adının dəyişməsinə razı olmadı

Bölmə: Siyasət
Makedoniya prezidenti ölkənin adının dəyişməsinə razı olmadıXəbər verdiyimiz kimi, Makedoniyanın adının dəyişdirilərək Şimali Makedoniya Cümhuriyyəti adlandırılması barədə Makedoniya və Yunanıstan baş nazirləri arasında razılıq əldə olunmuşdu.

Xalqinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Makedoniya prezidenti Qeorqe İvanov bu razılaşmanı qəbul etməyəcəyini açıqlayıb.

O, bu razılaşmanın ölkə konstitusiyasına zidd olduğunu və bütün şantaj və təhdidlərə baxmayaraq müqaviləni təsdiqləməyəcəyini söyləyib.

Qeyd edək ki, Yunanıstan və Makedoniya arasında uzun illərdir ad problem mövcuddur. Makedoniya adına görə bu ölkə neçə illərdir Avropa İttifaqı və NATO-ya üzv ola bilmir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler