» » XİN Köçəryanın cavabını verdi

XİN Köçəryanın cavabını verdi

Bölmə: Siyasət
XİN Köçəryanın cavabını verdi
Məntiqə uyğun olmayan, tamamilə cəfəng xarakter daşıyan açıqlamaları şərh etmək çox çətindir. Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın son açıqlaması da bu silsiləndəndir.

Xalqinfo.az xəbər verir ki, bunu Hikmət Hacıyev Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryanın Ermənistanın Qarabağın yerinə danışıqlar apara bilməyəcəyinə dair açıqlamasını şərh edərkən deyib.

H. Hacıyev bildirib ki, hələ Levon Ter-Petrosyan prezident olduğu vaxtdan bu illər ərzində Azərbaycan danışıqları bilavasitə Ermənistanla aparır:

“Qarabağdan olub-olmamasından asılı olmayaraq, Azərbaycan danışıqları Ermənistanın prezidentləri ilə aparıb. İşğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin danışıqlarda iştirak etməsi barəsində Ermənistanın irəli sürdüyü iddia danışıqlar prosesini iflic vəziyyətinə salmaq, işğala əsaslanan status-kvonu saxlamaq və işğal olunmuş Azərbaycan ərazilərini anneksiya etmək məqsədi daşıyır.”

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler