» » İlham Əliyev Ukraynaya səfər edəcək

İlham Əliyev Ukraynaya səfər edəcək

Bölmə: Siyasət
İlham Əliyev Ukraynaya səfər edəcəkAzərbaycan prezidenti İlham Əliyev Ukraynaya səfər edəcək.

Xalqinfo.az-ın məlumatına görə, bu barədə TANAP layihəsinin açılışında iştirak etmək üçün Türkiyədə - Əskişəhərdə səfərdə olan hər iki ölkə prezidentinin ikitərəfli görüşü ilə bağlı Ukrayna prezidentinin mətbuat xidmətinin açıqlamasında deyilir.

Açıqlamada bildirilir ki, tərəflər səfər çərçivəsində keçiriləcək Ukrayna-Azərbaycan Prezidentlər Şurasının 6-cı iclasına hazırlığı müzakirə ediblər. Ölkə başçıları bütün səviyyələrdə Ukrayna-Azərbaycan dialoqunun aktivləşdiyini bildiriblər.

İqtisadi məsələlərə dair Ukrayna-Azərbaycan hökumətlərarası birgə komissiyasının Kiyevdə keçiriləcək iclasına hazırlıq kontekstində ticarət dövriyyəsi ilə bağlı ötən ilin yekunlarına aid rəqəmlərdə nəzərəçarpacaq artımın müşahidə edildiyi qeyd olunub. Prezidentlər hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəyişməz dəstəyi vurğulayıblar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler