» » Sinqapur Trampla Kimə görə 20 milyon xərcə düşdü

Sinqapur Trampla Kimə görə 20 milyon xərcə düşdü

Bölmə: Siyasət
Sinqapur Trampla Kimə görə 20 milyon xərcə düşdü12 iyunda Sinqapurda ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında keçiriləcək zirvə görüşü üçün çəkilən xərc açıqlanıb.

Xalqinfo.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Sinqapur Baş naziri Li Hsiyen Lunq görüşün 20 milyon dollara başa gələcəyini açıqlayıb.

Sülhü təmin etmək üçün belə bir vacib zirvənin xərcini qarşılamağa hazır olduqlarını söyləyən baş nazir deyib ki, bu görüş Sinqapurun imicinə də müsbət təsir edəcək:

“Bu görüşə ev sahibi olaraq seçilməyimiz ölkəmizin beynəlxalq arenada gördüyü hörmətin təzahürüdür. Üstəlik, ev sahibi olmağı biz deyil, onlar bizə təklif etdilər”.

Qeyd edək ki, artıq hər iki lider Sinqapurdadır.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler