» » “Niyə nazir uşaqlarının dayələri əcnəbidir?”– Millət vəkili

“Niyə nazir uşaqlarının dayələri əcnəbidir?”– Millət vəkili

Bölmə: Siyasət, MANŞET
“Niyə nazir uşaqlarının dayələri əcnəbidir?”– Millət vəkili“Azərbaycanda əksər yüksək vəzifəli hökumət nümayəndələri, məmurlar, nazirlərin uşaqlarının dayələri azərbaycanlı deyil”.

Xalqinfo.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri millət vəkili Sabir Rüstəmxanlı Milli Televiziya və Radio Şurası 2014-cü ilin sentyabr-oktyabr aylarına olan hesabat tədbirində səsləndirib. Onun sözlərinə görə, bu faktla Zaqulbadakı pansionatda istirahət edən zaman qarşılaşıb: “Yay aylarında Zaqulbada pansionatda istirahət edərkən bunun şahidi oldum. Niyə bizim öz dayələrimiz deyil, xarici ölkələrdən gələn dayələr tuturlar? Belə olan halda uşaqlar öz dilimizi necə biləcək? Aparıcılar da göydən düşməyib ki, bizim içimizdən çıxır. Bu məsələyə diqqət olunmalıdır. Bəzən də istedadlı uşaqlar televiziyalardan kənarda qalır. Kimin qohum-əqrəbası varsa işə götürülür”.

Millət vəkili aparıcıların geyiminə və nitqindəki qüsurlara xarici filmlərin də təsir göstərdiyini bildirib: “Məsələn, Braziliya filmləri göstərilir və camaat da elə bilir ki, onlar kimi geyinmək lazımdır. Türkiyə seriallarına isə baxanda düşünürlər ki, onlar kimi danışmalıdırlar”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler