» » “Biz istənilən vaxt bütün xarici borcları ödəyə bilərik” - İlham Əliyev

“Biz istənilən vaxt bütün xarici borcları ödəyə bilərik” - İlham Əliyev

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
“Biz istənilən vaxt bütün xarici borcları ödəyə bilərik” - İlham Əliyev

Xəbər verdiyimiz kimi, bu gün ADA Universitetində məzun günü keçirilib.

Xalqinfo.az xəbər verir ki, Prezident İlham əliyev müəllim-professor heyəti və tələbələr qarşısında çıxış edib.

İ.Əliyev qeyd edib ki, bu gün Azərbaycan iqtisadiyyatı tam daxili resurslar üzərində qurulmuş iqtisadiyyatdır, heç bir xarici maliyyə institutundan, xarici ölkədən asılı olmayan iqtisadiyyatdır:

“Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun cəmi 20 faizini təşkil edir. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə böyükdür. Biz istənilən vaxtda bütün borcları ödəyə bilərik.

Biz gözəl sərmayə iqlimi yaradaraq ölkəmizə son 15 il ərzində 230 milyard dollar sərmayə cəlb edə bilmişik. Əminəm ki, bu gün ölkə qarşısında duran vəzifələr uğurla icra ediləcək. Çünki bizim güclü iqtisadi potensialımız, çox müsbət beynəlxalq nüfuzumuz var. Çox dinamik cəmiyyətimiz, fəal gənclərimiz, çox bilikli vətəndaşlarımız və güclü siyasi iradəmiz var”.

Əsas vəzifənin ölkəmizin uzunmüddətli dayanıqlı inkişafının təmin edilməsini olduğunu bildirən prezident sözlərinə əlavə edib ki, bu isə gənclərdən asılıdır:

“Bir daha demək istəyirəm ki, gənclər bizim gələcəyimizdir. Gələcəkdə ölkəmizin taleyi, müstəqilliyi, xoşbəxtliyi gənclərdən asılı olacaq. Ona görə gənclər daim Vətən sevgisi ilə yaşamalıdırlar, peşəkar, bilikli, Vətənə bağlı olmalıdırlar. Əminəm ki, bizim gənclərimiz bu yüksək meyarlara daim cavab verəcəklər”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler