» » Erməni nazirdən Qarabağ açıqlaması -

Erməni nazirdən Qarabağ açıqlaması - "Prosesi bərpa edək"

Bölmə: Siyasət
Erməni nazirdən Qarabağ açıqlaması - "Ermənistan XİN ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə daxil olmağı gözləyir”.

Xalqinfo.az-ın "news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan deyib.

Ölkəsininn Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişib-dəyişmədiyi ilə bağlı sualı cavablandıran yeni nazir bildirib ki, onlar üçün danışıqlar prosesinin dinamikasını saxlamaq çox vacibdir: "Çünki sülh yolu ilə nizamlanmanı danışıqlar yolu ilə və ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirmək barədə tapşırığın əsasında bu dayanır. Biz razılaşdıq ki, yaxın vaxtlarda görüşüb, bütün bu prosesi bərpa etmək imkanımız olacaq".
Z. Mnatsakanyan həmsədrlərlə telefon danışığı apardığını söyləyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler