» » QHT sədrləri Türkiyə Baş nazirinin müavini və millət vəkili ilə görüşüb

QHT sədrləri Türkiyə Baş nazirinin müavini və millət vəkili ilə görüşüb

Bölmə: Siyasət
QHT sədrləri Türkiyə Baş nazirinin müavini və millət vəkili ilə görüşübQHT sədrləri Türkiyə parlamentində önəmli görüşlər keçiriblər.

Xalqinfo.az milli.az-a istinadən xəbər verir ki, Avrasiya İqtisadi Əlaqələr Dərnəynin (EkoAvrasiya), Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin, Avrasiya İctimai Əlaqələr və Əməkdaşlıq Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən Xocalı soyqırımıyla əlaqədar tədbirlər çərçivəsində Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərov, Dünya Azərbaycanlıları Konqresi Azərbaycan nümayəndliyinin rəhbəri, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Səftər Rəhimli, Diaspor Jurnalistlər Birliyinin idarə heyətinin üzvü, BayMedia İnformasiya Agentliyinin redaktoru Elnur Eltürk Türkiyə Böyük Millət Məclisində Türkiyə Baş nazirinin müavini, iqtisadiyyat naziri Ali Babacan və Avrasiya İctimai Əlaqələr və Əməkdaşlıq Dərnəyinin sədri, millət vəkili İsmail Safi ilə görüş keçiriblər. Görüşdə maraqlı fikir mübadiləsi aparılıb. Dövlətlərərası əlaqələr, Qarabağ problemi və digər məsələlər müzakirə olunub.

Onu qeyd edək ki, QHT sədrlərinin Türkiyə Böyük Millət Məclisinin iclasını izləmək şansı olub. QHT sədrləri bu şərait üçün Türkiyə Böyük Millət Məclisinin rəhbərliyinə öz təşəkkürünü bildiriblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler