» » Fələstin daha 4 ölkədəki səfirini geri çağırdı

Fələstin daha 4 ölkədəki səfirini geri çağırdı

Bölmə: Siyasət
Fələstin daha 4 ölkədəki səfirini geri çağırdıFələstin dörd Avropa ölkəsindəki səfirlərini məsləhətləşmə danışıqları üçün geri çağırıb.

Xalqinfo.az TRT-yə istinadən xəbər verir ki, bunu Fələstin Xarici işlər nazirinin müavini Teysir Ceradat deyib.

Məlumata görə, ABŞ-ın İsrail tərəfindən işğal edilən Fələstin torpağı olan Qüdsdə səfirliyinin açılışında iştirak edən Avstriya, Macarıstan, Rumıniya və Çexiyaya etiraz olaraq bu ölkələrdəki səfirlər geri çağırılıb.

Qeyd edək ki, bu gün Fələstinin Vaşinqtondakı səfiri də Fələstinə qayıdıb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler