» » Malayziyanın baş naziri İlham Əliyevi təbrik etdi

Malayziyanın baş naziri İlham Əliyevi təbrik etdi

Bölmə: Siyasət
Malayziyanın baş naziri İlham Əliyevi təbrik etdiMalayziyanın baş naziri Mahathir Məhəmməd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Xalqinfo.az-ın məlumatına görə, M.Məhəmməd məktubunda İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyi münasibətilə Malayziya hökuməti və xalqı adından ürəkdən təbrik edib.

"Seçkilərdəki inamlı qələbəniz ölkənizin mənafeyi naminə apardığınız müdrik və uzaqgörən siyasətinizi nümayiş etdirir. Əminəm ki, qarşıdakı illərdə də Azərbaycan xalqının və dövlətinin rifahı naminə uğurlu islahatlar həyata keçirəcəksiniz. Sizin prezidentliyinizin yeni dönəmi Malayziya ilə Azərbaycan arasında mövcud olan ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə və inkişaf etməsinə təkan verəcək", - məktubda qeyd olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler