» » Asim Mollazadə Səməd Seyidovdan danışdı:

Asim Mollazadə Səməd Seyidovdan danışdı: "Mandatı...”

Bölmə: Siyasət
Asim Mollazadə Səməd Seyidovdan danışdı: Xəbər verdiyimiz kimi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan barəsində araşdırma aparan müstəqil komitəsi Səməd Seyidov başda olmaqla 4 deputatın mandatının dondurulması barədə qərar qəbul edib.

Unikal.org-a açıqlama verən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Asim Mollazadə Səməd Seyidovla bağlı qərarın açıqlanmadığını qeyd edib:

"Hazırda bu qərar tam açıqlanmayıb. Sözügedən məsələ haqqında danışmaq tezdir. AŞPA qərarı açıq şəkildə bildirməyib. AŞPA qərarını açıqladıqdan sonra tam dəqiq bilmək olacaq ki, onlar hansı səbəbə görə belə nəticəyə gəliblər. Səməd Seyidovdan başqa Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin tərkibində olan digər deputatların adı bu məsələdə hallanmır. Əgər Səməd Seyidovla bağlı qərar açıqlansa belə güman ki, onun AŞPA-dakı mandatı ləğv olunmayacaq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler