» » İlham Əliyev Bolqarıstanın vitse-prezidentini qəbul etdi

İlham Əliyev Bolqarıstanın vitse-prezidentini qəbul etdi

Bölmə: Siyasət, BLOK XƏBƏR
İlham Əliyev Bolqarıstanın vitse-prezidentini qəbul etdiPrezident İlham Əliyev noyabrın 21-də Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv dövlətlərin Assambleyasının 3-cü sessiyasının işində iştirak etmək üçün Azərbaycanda səfərdə olan Bolqarıstanın vitse-prezidenti, xanım Marqarita Popovanı qəbul edib.

Xalqinfo.az qafqazinfo-ya istinadən bildirir ki, görüşdə Azərbaycanla Bolqarıstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.

Xanım M. Popova Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv dövlətlərin Assambleyasının 3-cü sessiyasının yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirdi. O, Azərbaycan prezidentinin konfransa ünvanlandığı müraciətin əhəmiyyətini xüsusi vurğulayıb.

Söhbət zamanı Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv dövlətlərin Assambleyasının 3-cü sessiyasının Bakıda keçirilməsinin önəmi qeyd olunub, sessiyada müzakirə edilən məsələlərin bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin aparılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler