» » AXC-nin 100 illiyi ilə bağlı yeni medal təsis edilir

AXC-nin 100 illiyi ilə bağlı yeni medal təsis edilir

Bölmə: Siyasət
AXC-nin 100 illiyi ilə bağlı yeni medal təsis edilirAzərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) ilə bağlı yubiley medalının təsis edilməsi təklif olunur.

Xalqinfo.az Trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi haqqında qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə edilib.

Qanun layihəsində qeyd edilib ki, yubiley medalı ilə AXC liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.

Bundan başqa, medalın döşün sol tərəfinə, digər orden və medallar olduqda, onlardan sonra taxılması bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler