» » Vəziyyətin inkişafını diqqətlə izləməyə davam edirik -

Vəziyyətin inkişafını diqqətlə izləməyə davam edirik - Rusiyadan Ermənistan bəyanatı

Bölmə: Siyasət
Vəziyyətin inkişafını diqqətlə izləməyə davam edirik - Moskva Ermənistandakı vəziyyətin istisnasız olaraq hüquqi və Konstitusiya müstəvisində inkişafına ümid edir.

Xalqinfo.az-ın apa-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Ermənistandakı mövcud vəziyyətlə bağlı bəyanatda bildirilir.
"Bizi tarixi dostluq ənənlərinin, iri miqyaslı çoxtərəfli əməkdaşlığın və müttəfiqlik münasibətlərinin bağladığı Ermənistandakı daxili siyasi vəziyyətin inkişafını diqqətlə izləməyə davam edirik. Ümid edirik ki, vəziyyəd istisnasız olaraq hüquqi, Konstitusiya müstəvisində inkişaf edəcək, bütün siyasi qüvvələr konstruktiv dialoqa hazır olduqlarını göstərəcəklər. Əminik ki, ölkədə həyatın tezliklə normal axarına qayıtması və ictimai razılığın bərpa olunması qardaş Ermənistanın köklü maraqlarına cavab verir", - deyə Rusiya XİN-in bəyanatında qeyd olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler